Sevda Yahyayeva jurnalistlərlə görüşüb

Sevda Yahyayeva jurnalistlərlə görüşüb

Azərbaycan estradasının tanınmış müğənnisi Sevda Yahyayeva bu gün paytaxt klublarının birində jurnalistlərlə görüşüb. SİA-nın xəbərinə görə, müğənninin mətbuat konfransını keçirtməsinə səbəb türkiyəli dj Erdi ilə birlikdə sentyabrın 8-də verəcəyi konsert haqqında olub.

DJ Erdi Erdoğan və Sevda Yahyayevanın bölüşəcəyi eyni səhnədə, həmçinin Azərbaycanın tanınmış DJ-i Çina da qonaq kimi çıxış edəcək. Konsertə aparıcılıq etmək Ramin İbrahimova həvalə olunub.

Sevda səhnədə yenə də fərqli performans göstərəcəyinə söz verib: "Həmişəki kimi mükəmməl çıxış etməyi qarşıma məqsəd qoymuşam. Konsertimiz yayın bitməsinə təsadüf etdiyindən tamaşaçılar üçün çox özəl proqram hazırlayırıq. Dj Erdi ilə birlikdə sürpriz də hazırlayırıq. İnşallah, konsertimizə gəldiyinizdə özünüz bunun şahidi olacaqsınız. Onu da söyləyim ki, konsertimdən başqa bir çox yeni mahnılar üzərində çalışıram".

Qeyd edək ki, "A Plus production"un ərsəyə gətirəcəyi şounun təşkilatçıları Əli Hüseynovla, rejissor-prodüser Samir Xəttabdır.

Bütün xəbərlər Facebook səhifəmizdə