Əməkdar artist Azərinin təqdimatında "TRT-Avaz"da nümayiş olunan "Azərinlə bir Avaz" verilişinin növbəti qonaqları məlum olub. SİA-nın xəbərinə görə, əməkdar artistin bu dəfəki qonaqları Kosovadan tanınmış müğənni Rona Nişliu və Cənubi Azərbaycandan Ramin Farhancniya olacaqlar.
Xatırladaq ki, adıçəkilən sənətçi İranda yaşayan Azərbaycan türküdür. Proqramda Balkan musiqisindən, tarixi paytaxtımız Təbriz və oradakı zəlzələdən sonrakı vəziyyətdən söhbət edəcəklər və özəlliklə Cənubi Azərbaycandan danışılacaq. Veriliş boyu Azərbaycan şairlərinə və əsasən də onların poeziyasına yer veriləcək.
Qeyd edək ki, veriliş avqustun 29-da Bakı vaxtilə ilə saat 22:00-da yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB