Münsiflər heyyəti bəlli oldu

ATV kanalının birgə təşkil etdiyi Miss Civilization Azerbaijan 2012 Mədəniyyətlər Gözəli müsabiqəsinin münsiflər heyyətinin üzvləri bəlli olub. SİA-nın verdiyi xəbərə görə, onlar CFC Organizationun təsisçiləri Kemal Cenk İçten, Fərid Bağırov, Cengiz Aşkın, xalq artisti Aygün Kazımova, tanınmış biznes-lady Ruhi , Karolina Valiant xəz və dəri qalereyasının baş meneceri Xəyyam Abbasi və stilist Anar Ağakişiyevdir.

Final gecəsinə rəng qatmaq üçün müğənnilər Nadir Qafarzadə, Zamiq, Nura Suri və Ceyla öz musiqi nömrələri ilə çıxış edəcəklər.

Xatırladaq ki, Miss Civilization Azerbaijan 2012 Mədəniyyətlər Gözəli müsabiqəsinin final gecəsi bu gün axşam saat 21.00-da AF Hotel Novxanı Aqua Parkında reallaşacaq.

Qeyd edək ki, müsabiqənin yayım haqqı ATV kanalına, informasiya dəstəyi isə TMB kanalı və www.simsar.az saytına məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə