Eldar Qasımov yeni klip çəkdirib

Avropanın mötəbər müsabiqəsinin tarixinə qalib kimi düşən azərbaycanlı müğənni Eldar Qasımov (Ell) Ukraynada klip çəkdirib.

Sənətçinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən klipin tizeri 2012-ci ilin avqustun 27-də nümayiş olunacaq. Sənətçi "Eurovision"dan sonra ilk klipini Ukraynanın paytaxtı Kiyevdə "I’m Free" mahnısına çəkdirib.

Fanatları Eldarın yeni klipinin tizerini bu yaxınlarda görməyə müvəffəq olacaqlar. "I’m Free"yə çəkilən klipin premyerasının sentyabrda keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə