Komediyaçı öldü

Hollivudun komediyaçı ulduzlarından Fillis Diller dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 95 yaşlı Diller səhər saatlarında evində ölü tapılıb. Deyilənə görə, ölərkən üzündə təbəssüm olubmuş.

Qeyd edək ki, 1917-ci ildə Ohayoda doğulan Diller komediyaçı karyerasına 37 yaşında başlamışdı. Aktrisa 30-dan çox filmdə də rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə