Çinli dünyanın ən gözəl qadını seçildi

"Miss World 2012" gözəllik müsabiqəsinin qalibi çinli Yu Vensya olub. Xarici mətbuatın verdiyi məlumata görə, "Çin gözəli" müsabiqəsinin 23 yaşlı qalibi Yu bu gün keçirilən müsabiqə finalında rəqiblərinə heç bir şans tanımayıb.

Müsabiqədə ikinci yer Böyük Britaniya təmsilçisi Elizabet Mouldsa, üçüncü yer isə avstraliyalı Mişel Kaxavatiyə nəsib olub.

Qeyd edək ki, gözəllik yarışması Çinin İç Monqolustan muxtariyyətində yerləşən Ordos şəhərində keçirilib. Müsabiqədə 116 ölkənin nümayəndəsi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə