"Bir nömrəli müğənni" titulu təsis edildi

"Bir nömrəli müğənni" titulu təsis edildi

Azərbaycanlı müğənni Cəmilə özünə bir nömrəli müğənni adını verib. SİA-ya açıqlama verən ifaçı xanım mahnılarının hər zaman dinləndiyini iddia edib: "Şou-biznesdə hər kəs özünə bir nömrəli müğənni deyir. Kiminsə mahnısı hit olursa bu o demək deyil ki, həmin ifaçı bir nömrəli müğənnidir. Hazırda bir nömrəli müğənni yoxdur. Onu da deyim ki, mahnılarım hər zaman dinlənilib və tutarlı olub. Odur ki, özümə bir nömrəli müğənni deyə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə