Azərbaycanın tanınmış klipmekiri və şou-biznes əhlinin sevimli dostu Nail Naiboğlu avtomobil qəzasına düşüb. Bu haqda SİA-ya səbəbkarın özü məlumat verib: "Bu yaxınlarda idarə etdiyim avtomobillə qəza törətdim. Gecə saatlarında baş verən qəza zamanı yanımda heç kim yox idi. Maşının idarəetməsini itirdikdən sonra yumarlanıb dərəyə düşdüm. Ancaq Allaha şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Həmin ki, günün şokundan ayıla bilmirəm. Avtomobilim demək olar ki, yararsız vəziyyətdədir. Nəzərinizə çatdırım ki, artıq bununla 3 dəfədir ki, qəza edirəm. Şükürlər olsun ki, heç birində özümə heçnə olmayıb. Onu da xüsusi ilə vurğulayım ki, hadisədən sonra Orxan Babazadə mənə zəng etdi və söylədi ki, maşınımı təmir etdirsin. Ancaq mən razı olmadım. Çünki başımıza gələn hadisələrə görə, kimlərisə günahlandırmaq düzgün deyil. Başıma gələn avtomobil qəzalarından sonra qərara gəlmişəm ki, artıq maşını özüm yox, sürücü idarə etsin".
Qeyd edək ki, rejissor qəza keçirdiyini heç bir sənət dostuna demədiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB