Şou-biznesin bəzi nümayəndələrinin iştirakı ilə qeyri-adi şou proqram keçiriləcək. SİA-nın xəbərinə görə, gecənin aparıcısı "Zauris" ləqəbi ilə tanınan Zaur olacaq. "Meyvəli"nin baş sponsorluğu ilə şou proqram 17 avqustda Nabranda "Atlant" istirahət mərkəzində keçiriləcək. Şou saat 20:00-da başlayacaq.
Nəzərinizə çatdıraq ki, şou proqramda yumorist Fərda Xudaverdiyev, rep ifaçısı Hüseyn Dərya, müğənnilər Samirə, Əminə və Sima, o cümlədən, DJ Çina olacaq.
Qeyd edək ki, şounun qeyri-adiliyi pena partinin (köpüklərlə əyləncə) təşkil olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB