Bu gün Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın doğum günüdür. SİA-nın xəbərinə görə, müğənninin 67 yaşı tamam olur.
İlhamə Quliyeva Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
İlhamə Quliyeva XX əsrin 80-cı illərdə qısamüddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını (Mirmöhsünova) daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
Qeyd edək ki, İlhamə Quliyeva müğənni Tükəzban İsmayılovanın qızıdır.
Biz də xalq artistini ad günü münasibəti ilə təbrik edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB