"Sənətdən getməyim məsləhət idi"

"Sənətdən getməyim məsləhət idi"

Türkiyənin tanınmış müğənnisi Teoman musiqi aləmini tərk etməsinin səbəblərini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı tükəndiyini dilə gətirib: "Musiqi aləmini tərk etməyimin bir çox səbəbləri var. İfa etdiyim mahnılara klip çəkdirməyəndə yaddan çıxırdı. Eyni zamanda son albomumu ərsəyə gətirdikdən sonra tükəndiyimin fərqinə varmışdım. Odur ki, sənətdən getməyim məsləhət idi".

Qeyd edək ki, sözügedən müğənni keçən ildən etibarən musiqi aləmindən ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə