Populyar gənc müğənni Mina seriala çəkilir. SİA-nın xəbərinə görə, ifaçı "Bakı Film" kinostudiyasının çəkdiyi "Ağabəyovlar" serialında İldırım Ağabəyovun kiçik qızı Ləman rolunu oynayır.
Minanın canlandırdığı gənc qız keçmişdə müğənni olub. Lakin sonra atası onu oxumağa qoymur və sevmədiyi bir oğlana nişanlayır. Hələlik 100 bölümünün çəkilişi nəzərdə tutulan "Ağabəyovlar" serialının əsas sujet xətti 4 ailənin dramından bəhs edir. Serialın hər bir bölümünün xronometrajı 42 dəqiqə olacaq.
Qeyd edək ki, Kamran Qasımovun ssenarisi əsasında çəkilən serialın rejissoru Vahid Mustafayev, musiqi tərtibatçısı və kompazitoru isə Yaşar Baxışdır. "Ağabəyovlar" serialının baş prodüsseri Eyyub Danişvəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB