Faiq Ağayev yaradıcılığa niyə fasilə vermişdi?

Faiq Ağayev yaradıcılığa niyə fasilə vermişdi?

Azərbaycanın xalq artisti Faiq Ağayev yeni yaradıcılıq işlərinə başlayıb. Bu haqda Cənab Qızıl Şlyager şəxsi facebook səhifəsində paylaşıb: "İstirahətdən dünən qayıtmışam. Hazırda səsyazma studyasındayam. Burada ağır, gərgin, maraqlı və əsl zövq verən tərzdə işləyirəm. Ancaq bütün bunlara baxmayaraq hər şeydən çox razıyam. 2 müxtəlif studiyada 2 yeni mahnı ərsəyə gətirmək üzrəyəm. Bir azdan evə gedəcəyəm, sonra şirin-şirin yatacağam".

Qeyd edək ki, xalq artisti istirahət etdiyi üçün yaradıcılıq işlərinə fasilə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə