Əməkdar artistin qonaqları kimlər olacaq?

Əməkdar artistin qonaqları kimlər olacaq?

Azərbaycanın əməkdar artisti Azərinin Türk Telekanalındakı verilişləri qardaş ölkə ilə yanaşı, Orta Asiya ölkələrində də maraqla izlənir. Müğənninin TRT Avaz telekanalında apardığı "Azərinlə bir avaz" ın səsi-sorağı Türkdilli dövlətləri də yamanca bürüyüb. Orta Asiyanın bir çox ulduzları, məhşur sənətçiləri Türkiyəyə məhz verilişdə iştirak etmək üçün gəlirlər. Bu dəfə sənətçimizin qonaqları Özbəkistanın məhşur müğənnisi Ulubek Otojanov və rəqqasə Mübarək Qədirova olacaq. Bundan əlavə olaraq "Azərinlə bir Avaz"da Azərbaycan sənətçisinin qonağı Qırğızıstanın məşhur müğənnisi Gülnur Satılqanova olacaq.

Qeyd edək ki, sözügedən veriliş avqust ayının 15-də Bakı vaxtilə ilə saat 22.00-da yayımlanacaq. Verilişi internet vasitəsilə trtavaz.net.tr ünvanında izləmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə