İddialı müğənninin yaradıcılığında yenilik var FOTOSESSİYA

İddialı müğənninin yaradıcılığında yenilik var FOTOSESSİYA

Azərbaycanın gənc və iddialı müğənnisi Zarina Məmmədovanın yaradıcılığında yenilik var. SİA-nın məlumata görə, Zarina hazırda iki yeni mahnı üzərində çalışır. O, musiqisi Elçin İmanova, sözləri Ramiz Rövşənə məxsus "Tapım səni" adlı mahnı yazdırıb. Lirik notlar üzərində bəstələnən ifanın sentyabr ayında tamaşaçılara təqdim olunacağı gözlənilir. Mahnının aranjemanı üzərində isə Givi çalışıb.

Bununla yanaşı müğənni daha bir mahnı yazdırıb. Musiqisi Emin Kərimiyə, sözləri Leyliyə məxsus "Gedirəm" mahnısı da tamaşaçıların könlünə oxşayacaq.

Ancaq Zarinanın yenilikləri tək bununla bitmir. Belə ki, iddialı xanım Türkiyənin məşhur ifaçısı ilə duet yazdırıb. Həmin duetə isə bir il öncə klip də çəkdirib. Həmkarının adını hələ sirr kimi saxlayan Zarina iddia edir ki, sözügedən ifaçı Türkiyədə çox məşhurdur. Bu klip də sentyabr aylarında tamaşaçılara təqdim olunacaq.

Zarina yeni mahnı və kliplə bərabər fərqli bir albom da hazırlayır. Müğənni dinləyicilərin ixtiyarına 3 diskdən ibarət albom buraxacaq. Albomun bir diskində estrada, birində muğam ifaları digərində isə müğənninin klipləri olacaq.

Diskə "Dəlilik", Sevmə ürək" "Kaş" kimi mahnılarla yanaşı bir çox yeni və heç yerdə səslənməyən ifalar da daxil ediləcək. Alboma Pərviz Mahmudov, Rəhim Rəhimli, Aynur Adilqızı, Elçin İmanov və Emin Kərimi kimi bəstəkarların mahnıları daxil ediləcək. Hələ adı bəlli olmayan almob üçün rəngarəng fotosessiya da hazırlanır. Zarina fotolarda bir bütün fəslləri xatırladacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə