Azərbaycanın xalq artisti Firuzə İbadova şou-biznesdən danışıb. Xanım İbadova həmkarlarını çox istədiyini deyib. SİA-ya açıqlama verən Firuzə xanım hər kəsə hörmətlə yanaşdığını da dilə gətirib: "İncəsənət aləmində olan dostlarımı çox istəyirəm və onların heç vaxt qəlblərinə dəymirəm. Odur ki, hər kəslə dil tapmaq mənim üçün asan olur. Onu da deyim ki, şou-biznesdə zəif oxuyanların sayı çoxdur. Ancaq buna baxmayaraq mən onlarla da yaxşı münasibətdəyəm. Çünki onlar da azəri balasıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB