Bu gün ilk məşqləri keçirilən "Miss Sivilization Azerbaijan-2012" Mədəniyyətlər Gözəli müsabiqəsində qalmaqal yaşanıb. SİA-nın xəbərinə görə, müsabiqənin 006 saylı iştirakçısı Xəyalə Əliyeva məşq zamanı xoreoqraf Aleks Kramarenkoya qarşı kobudluq edib. Səbəb isə xoreoqrafın məşqlə bağlı ona tutduğu irad olub. Bundan xoşlanmayan iştirakçı hər kəsin yanında Kramarenkonun üzərinə gələrək qışqır-bağır salıb. İddia edib ki, guya xoreoqraf qəsdlə onunla ədavət aprır.
Qalmaqal yaranan zaman təşkilatçılar dərhal X.Əliyevanın müsabiqədən kənarlaşdırılmasına qərar veriblər. Səbəb isə onun özündən bu şəkildə çıxması olub. Hətta, məşqdə olanlar, iştirakçılar belə onun bu davranışından heyrətlənərək, mat qalıblar. Təşkilatçıların qərarı ilə qalmaqalçı iştirakçının yerinə ehtiyatda olan Brilliant Bəhmanova əsas iştirakçı kimi qeydiyyata alınıb.
Yaranmış xoşagəlməz hadisə ilə bağlı təşkilatçı Kemal Cenk İçten açıqlama verib: "Adından göründüyü kimi, bu gözəlliklə yanaşı, həm də mədəniyyət müsabiqəsidir. Müsabiqədə iştirak edən xanımlar istər daxili, istərsə də bilik mədəniyyətlərini bu müsabiqədə nümayiş etdirməlidirlər. Bugünkü yaşanan qalmaqal isə iştirakçı xanımın hansı daxili mədəniyyətə malik olmasından xəbər verir. Allah yolunu açıq etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB