Azərbaycanlı teleaparıcı Kamran Həsənli şəxsi həyatından danışıb. Teleaparıcı həyat yoldaşının qısqanc olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Kamran bəy, uşaqlıq dövründən qızlarla daha çox ünsiyyətdə olduğunu vurğulayıb: "Hər bir ailədə söz-söhbət olduğu kimi mən də sənətimə görə ailəmdə problem yaşamışam. Çünki xanımım çox qısqancdır. Qısqanclığını biruzə verməməyə çalışsa da onda alınmır. Xüsusilə deyim ki, uşaqlıq dövrümdən qızlarla dostluq etmişəm və ətrafımda çox vaxt oğlanlar yox, qızlar olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB