Azərbaycan estradasının şıltaq müğənnisi Günel Ələkbərova küsülü qalmağı sevmədiyini deyib. Müğənni hər kəslə normal münasibət qurmağı bacardığını da dilə gətirib. SİA-ya açıqlama verən xanım Ələkbərova xarakteri haqqında danışıb: "Küsüb-barışmağı sevən xanım deyiləm. Onu da deyim ki, hər kəslə deyib-gülən biri də deyiləm. Hamının öz yeri var. Hər zaman insanlarla öz aramda pərdə saxlayıram. Ancaq bəziləri var ki, məcburiyyətdən pərdəni götürməli oluram. Ona görə də elə insanları həyatımdan silirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB