Xalq artistindən xəbər var -VİDEO

Xalq artistindən yeni xəbər var. Azərbaycanın xalq artisti, müğənni Ağadadaş Ağayev özünün bəstələdiyi mahnıya klip çəkdirəcək. Bu barədə SİA-ya xalq artistinin köməkçisi Əzizağa Qurbanov məlumat verib. O, bildirib ki, müğənni hazırda istirahət edir və istirahətdən qayıtdıqdan sonra mahnıya klip çəkdirəcək.

"Ağadadaş müəllim bir neçə yeni mahnılar üzərində çalışıb. Musiqisi özünə, sözləri isə Baba Vəziroğluna aid olan "Sən oldun" mahnısını müğənni artıq qonaq olduğu televiziya verilişlərində ifa edib və mahnı radio dalğalarında da səslənib. O, bu mahnıya klip çəkdirmək fikrindədir. Klipin süjet xətti mahnının sözlərinə uyğun olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə