Əməkdar artist arzusuna çatdı

Azərbaycan estradasının əməkdar artisti Elza Seyidcahan arzularından danışıb. Hər zaman yeni layihələrlə tamaşaçılarını sevindirəcəyinə söz verib. SİA-ya açıqlama verən Elza xanım, tamaşaçılar tərəfindən bəstələrinin hər zaman sevildiyini də iddia edib: "Arzum budur ki, musiqiçi olduğumdan ifam və bəstələrim yaxşı olsun. Düşünürəm ki, yetərincə sevilmişəm və məni Allah arzuma çatdırıb. Səhnədə olduğum müddət ərzində çalışacam ki, tamaşaçılarıma yeniliklər təqdim etməklə onları sevindirim".

Bütün xəbərlər Facebook səhifəmizdə