Mtxeber.com (Mədəniyyət və Turizm Xəbərləri) internet portalı "Star-2012" mükafatını sahiblərinə təqdim etmək üçün sorğulara başlayıb. SİA-nın xəbərinə görə, sorğular sosial şəbəkələrdə, virtual formada və ictimai sorğular vasitəsi ilə həyata keçiriləcək. Mükafata layiq görülən namizədlər haqqında geniş informasiyalar portal vasitəsilə oxuculara təqdim olunacaq.
Mükafatın təqdim olunmasında məqsəd 2012-ci ildə yeni-yeni layihələrə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, öz istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, TV və radio verlişlərinə, verlişlərin aparıcılarına, klipmeykerlərə, produsserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlerə təqdim olunacaq.
Qeyd edək ki, mükafata layiq görülmüş qaliblərin həyat yolu haqqında məlumatları müsahibə şəkilində adıçəkilən internet portalında yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB