1 ay 20 günə 12 kq arıqlayan müğənni

1 ay 20 günə 12 kq arıqlayan müğənni

Türkiyənin tanınmış müğənnisi Hadisə artıq çəkinlərindən xilas olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni 12 kiloqram arıqlayıb. Bu barədə Hadisənin keçmiş baldızı twitterdə paylaşıb: " Hadisə əvvəl 67 kiloqram idi. Ancaq indi 55 kiloqramdır. Sözügedən xanım 1 ay 20 günə 12 kiloqram arıqlayıb. Hadisə hər gün saat 7-də yürüşə çıxırdı. Daha sonra isə pəhrizli yeməklər yeyirdi".

Qeyd edək ki, sözügedən müğənninin illər öncə 50 kiloqram çəkisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə