Gücləri çatmayan mahnılar oxuyurlar

Gücləri çatmayan mahnılar oxuyurlar

Azərbaycanın xalq artisti Baloğlan Əşrəfov gənc ifaçıların ifa tərzindən danışıb. SİA-ya açıqlama verən xalq artisti bunları deyib: "Bəzi cavan müğənnilərimiz var ki, səs tembirlərinə uyğun olmayan və gücləri çatmayan musiqilərə üstünlük verirlər. Mənim fikrimcə, səs imkanlarına uyğun mahnı oxusalar, daha yaxşı olar. Ancaq onu da vurğulayım ki, muğam ifaçıları istədikləri mahnını ifa edə bilərlər. Çünki onların səs imkanları buna yol verir. Bəyəndiyim ifaçılar çoxdur. Muğam ifaçısı Babək Niftəliyevin səsini isə xüsusilə bəyənirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə