Türkiyənin məşhur cütlüyü aktrisa Burcu Kara və aktyor Buğra Gülsoy boşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün boşanmasına səbəb məsuliyyətsizlik olub. Burcu xanım həyat yoldaşının evliliklə bağlı məsuliyyətlərini yetərincə yerinə yetirmədiyini və evi dəfələrlə tərk etdiyini deyib. Həyat yoldaşının bu cür hərəkətlərindən bezən aktrisa xanım məhkəməyə müraciət edib və bir-biri ilə razılığa gələn cütlük bu gün boşanıb.
Qeyd edək ki, Burcu Kara ilə Buğra Gülsoy 1 il evli olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB