Müğənni kimləri qorxutdu?

Azərbaycan estradasının tanınmış müğənnisi Elariz Məmmədoğlu şou-biznesə yeni gələn ifaçılardan danışıb. O, cavan müğənnilər haqqında öz fikirlərini bildirib. SİA-ya açıqlama verən müğənni şou-biznesin çətinliklərindən danışaraq yeni nəsli musiqi aləmindən çəkindirməyə çalışıb: "İndiki, cavanlar nədənsə müğənni olmaq istəyir. Mənim fikrimcə, başqa sənətin arxasınca getsələr daha yaxşı olar. Şou-biznes maraqlı olduğu kimi də çox çətindir. Bu sənətdə baş çıxartmaq lazımdır. İncəsənət aləminə yeni-yeni addımlarını atan ifaçılara demək istərdim ki, nəyisə etməmişdən öncə fikirləşin. Onu da deyim ki, hər kəsin öz düşüncə tərzi vardır. Kimə necə xoşdur elə də etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə