Faiq Ağayev Azərbaycandan gedir EKSKLÜZİV

Faiq Ağayev Azərbaycandan gedir EKSKLÜZİV

Azərbaycanın xalq artisti Faiq Ağayev avqust ayında istirahət edəcəyini söyləyib. Şou-biznesdən də danışan xalq artisti hər şeyin tamaşaçıların əlində olduğunu deyib. SİA-ya açıqlama verən Faiq deyib ki, 1-2 aya xarici ölkələrin birinə səfər edəcəyəm və orada ürəyim istədiyi kimi dincələcəyəm: "Elə bir yerə gedəcəyəm ki, telefonumun şəbəkəsi orda tutmasın. Çünki işlərimə görə, narahat edən çoxdur. Ancaq hələ ki, Azərbaycandayam. Xarici ölkəyə avqust ayında getməyi planlanşdırıram. Bir şey də söyləyim ki, insan mövsümündən asılı olmayaraq hər zaman işləməli və alın təri ilə halal pul qazanmalıdır. Bir yerdə durmaq olmaz. İstirahət etmək də lazımdır. Çünki hər bir kəsin istirahət etmək hüququ vardır. Mən də həmin hüquqdan istifadə edəcəyəm".

Faiq Ağayev şou-biznesdən də söz açıb. O, həmkarlarına ismarıc göndərməyi də unutmayıb: "Zamanla hər şey həll olacaq və şou-biznesdə olan ifaçılar yaxşıca ələnəcək. Dəyərli müğənnilər də öz yerlərini tutacaq. Atalarımız düz söyləyib ki, "Hay-hayla gələn, vay-vayla gedər". Onu da deyim ki, hər şeyi tamaşaçı həll edir".

Bütün xəbərlər Facebook səhifəmizdə