Azərbaycanlı bəstəkara böyük surpriz

Azərbaycanlı bəstəkara böyük surpriz

Türkiyənin tanınmış müğənnisi Barbaros Azərbaycan bəstəkarının iki mahnısını oxuyub. Bu barədə SİA-ya Barbarosun meneceri Ayşə Birgül Yılmaz məlumat verib: "TRT Müzik Ödülleri En iyi çıxış sanatçı" mükafatına layiq görülən Barbarosun 27 iyulda işıq üzü görən "Hayırdır" adlı albomunda iki Azərbaycan bəstəsi yer alıb. Sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus "Buraya qədər" və "Ömür bumu" mahnılarını ifa etmək üçün müğənni bəstəkardan icazə alıb: "Mahnılardan birinin sözləri mənə məxsusdur. Digər musiqinin müəllifi, eyni zamanda Barbarosun bu albomunun prodüsseri olan Zeynep Taludur".

Qeyd edək ki, G.Həsənzadənin albomunun işıq üzü görməsindən hələ ki, xəbəri yoxdur. Demək ki, Barbaros ona yay sürprizi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə