Xəbər verdiyimiz kimi, CFC Organization və ATV kanalı birgə "Miss Civilization 2012" gözəllik müsabiqəsinin keçirilməsinə start verib. İlk dəfə Azərbaycanda keçiriləcək və 24 ölkə gözəllərinin iştirak edəcəyi müsabiqə sentyabr ayında gerçəkləşəcək. Hazırda isə Azərbaycanı müsabiqədə təmsil edəcək iştirakçının seçilməsi üçün kastinq keçirilir. Müsabiqənin mətbuat katibi Azər Nəsibovun SİA-ya verdiyi məlumata görə, kastinqə start verildiyi gündən artıq çoxlu sayda müraciətlər daxil olub. Azərbaycanı müsabiqədə təmsil etmək üçün hətta ölkəmizdən kənarda- Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdə yaşayan gənc xanımlar da müraciət edirlər. Bunun üçün yaşadıqları ölkədən bir başa müsabiqənin saytına daxil olub, iştirakçı anketini doldurmaqla lazımi e-mail ünvanına göndərərək, seçim turlarına qatılmaq şansı qazanırlar. Avqust ayının 8-dək davam edəcək anket qəbulundan sonra, seçimlər başlanacaq və 20 ən layiqli iştirakçı Azərbaycan seçiminin finalına vəsiqə qazanacaq. Azərbaycan finalı avqustun 25-i AF Hotel Aquapark Novxanıda gerçəkləşəcək.
Xatırladaq ki, ərizə qəbulu Capones Night Club və AF Hotel Aquapark Novxanıda aparılır. Əlavə məlumat almaq üçün www.misscivilization.az saytına daxil ola və ya (055) 599 02 22 nömrəsinə zəng etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB