"Oskar" Akademiyasına yeni rəhbər təyin olundu

"Oskar" Akademiyasına yeni rəhbər təyin olundu

"Oskar" mükafatlarını paylayan prodüsser Hawk Koch Amerika Kino sənəti və Elmlər Akademiyasına rəhbər seçildi. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, 3 ildir eyni vəzifəni davam etdirən Tom Sherakin yerinə keçən Hawk Koch keçən il də prezident köməkçisi vəzifəsini tutmuşdu. Eyni zamanda Amerika Prodüsserlər Birliyinin sədri olan Kochun ilk vəzifəsi 2013-cü il "Oskar" mərasiminin prodüsserini təyin etmək olacaq.

Qeyd edək ki, Kochun atası Howard W. Koch 1970-ci illərdə "Oskar" Akademiyasına başçılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə