11 ayın sultanı şou-biznes əhlinə nəyi xatırlatdı?

11 ayın sultanı şou-biznes əhlinə nəyi xatırlatdı?

Türkiyə şou-biznesinin tanınmış ulduzları Ajda Pekkan, Sibel Can, Burcu Güneş 11 ayın sultanı Ramazan bayramı haqqında fikirlərini bölüşüblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ulduzlar keşmişi xatırlayaraq valideynlərinin hazırladıqları iftar süfrələrindən söz açıblar.

Ajda Pekkan: "Uşaq ikən ailəm iftarını açan zaman çox böyük maraqla onları izləyirdim. Rəhmətlik anam ən çox sevdiyimiz yeməkləri hazırlayardı. Həmin iftar süfrələrini heç unuda bilmirəm. Kaş yenidən uşaqlığıma qayıda biləydim".

Sibel Can: "Rəhmətlik anam və atamla keçirdiyim ramazan günləri üçün çox darıxmışam".

Burcu Güneş: "Uşaqlıqda oruc tutmağı çox sevərdim. Ailəm də mənim bu istəyimə qarşı çıxmayaraq dəstək olardı. Ancaq bir dəfə oruc olduğumu unudaraq çoxlu yemək yemişdim. Daha sonra oruclu olduğumu xatırladıqdan sonra oruc tutmağa davam etmişdim".

Bütün xəbərlər Facebook səhifəmizdə