Müğənni Niyam qaraçıların arasına necə düşdü? - FOTOSESSİYA

Müğənni Niyam qaraçıların arasına necə düşdü? - FOTOSESSİYA

Azərbaycanın tanınmış müğənnisi Niyam Salami yeni mahnısına klip çəkdirir. SİA-nın məlumatına görə, sözləri Ülviyyə Alovluya, musiqisi Rəhim Rəhimliyə aid "Subaylıq - sultanlıq" mahnısının klip çəkilişləri İçəri Şəhərdə baş tutub. Klip ərzində Niyam İçəri Şəhərin dar küçələrini gəzən, sevgidən nakam qalan gəncin surətini canlandıraraq ətrafına xeyli insan toplayır.


Şəhər sakinləri ilə yanaşı, Niyama gül satan qızdan tutmuş qaraçı rəqqasələrədək hər kəs qoşuldu. Əlvan rənglər və rəqslərlə bol olan klipin ssenarisi müğənninin özünə, rejissor işi isə Kənan Musayevə aiddir.


"Subaylıq - sultanlıq" mahnısına çəkilən klipin kulis arxası kadrlarını sizə də təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə