İlhamə Quliyeva İtaliyada dincəlir

İlhamə Quliyeva İtaliyada dincəlir

Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva istirahət etmək üçün Avropaya yollanıb. Primadonnanın mətbuat katibi, tanınmış teleaparıcı Lamiyə SİA-ya açıqlamasında bildirib ki, sənətkar İtaliyada yay tətilinin dadını çıxarır. Səhnəmizin canlı korifeyi 15 günlük səfərdə İtaliyanın bir neçə şəhərini gəzəcək.


Prodüser onu da açıqladı ki, xalq artisti Avropadan dönəndən sonra Azərbaycanda geniş solo konsert proqramı ilə çıxış etməyi planlaşdırıb. İ.Quliyeva paytaxtda qayıdandan dərhal sonra bir neçə maraqlı layihəyə də imza atacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə