Dünən Xəzər dənizi sahilində tanınmış müğənni Nura Suri mini konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, proqram Nardaranda yerləşən "Sea Breezе" otelində baş tutdu.
Konserti "Sea Breeze"ın daimi rezidenti Şölə Səfərəliyeva açandan sonra saat 23:00-da səhnəyə qonağı Nura Surini dəvət etdi.
Məşhur müğənni "Nəğmələrimdə yaşadacağam" adlı albomunda yer alan mahnıları ilə yanaşı həm də yeni musiqilərini səsləndirdi. Nura yerli mahnıları ilə yanaşı xarici və rus dilində də ifa etdi. O, "Marinbo", "Eşo" ve "Veçer" kimi mahnılarla tamaşaçıların könlünə oxşadı.
Xatırladaq ki, Nura bir neçə gün bundan əvvəl Bodrumda yerləşən ən bahalı otellərin birində möhtəşəm konsert prqramı ilə çıxış edib. Dünənki şounu da həmin konsertin davamı adlandırmaq olar.
Foto: Çingiz Seyfullayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB