Azərbaycanın tanınmış müğənnisi Sabir Əhmədov gecə klublarının birində idmançı Kamil Şərifovla bir masa arxasında görünüb. Mehribancasına söhbət edən simalar uzun illərin dostu kimi görünürdülər.
Münasibətin harda qaynaqlandığını öyrənmək məqsədi ilə Sabirin prodüseri Samir Xəttaba müraciət etdik. SİA-ya danışan Samir maraqlı bir nüansı açıqladı. Məlum oldu ki, hər iki simanı birləşdirən elə prodüserin özüdür: "Mən Kamilin meneceri, Sabirin isə prodüseriyəm. Onların ikisini də bir araya gətirdim. İndi biz bir yerdə əyləşib yeni planlarımız haqda müzakirə apara bilirik. Qarşıda hər iki sima ilə görüləcək çox işlərimiz var".
Prodüser onu da dilə gətirdi ki, onun hər iki sima ilə çalışması heç bir tərəf üçün problem yaratmır: "Əksinə, biz belə daha rahat işləyirik".
Onu da qeyd edək ki, "Prince Baku" ləqəbi ilə tanınan Kamil Şərifov kiqboks üzrə 4 qat dünya və 9 qat Azərbaycan çempionudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB