Bəxstiz adamın taleyindən bəhs edən “Çərpələng” sponsor axtarır - FOTOSESSİYA

Bəxstiz adamın taleyindən bəhs edən “Çərpələng” sponsor axtarır - FOTOSESSİYA

Dünən yeni çəkiləcək "Çərpələng" filminin soundtreki üçün hazırlanmış klip mətbuat nümayəndələrinə təqdim olundu. SİA-nın məlumatına görə, təqdimat mərasimində klipdə çəkilən simaların bir çoxu iştirak edib. "Çərpələng" filmində rol alacaq aktyorlardan Azər Axşam, Elməddin Cəfərov, Tərlan Nur Yaşar, Elnarə Təhməzova və başqaları klipdə iştirak edən simalar sırasındadır.


Sözləri və musiqisi Elvin Əhmədova məxsus soundtreki gənc müğənni Emil Bədəlov, muğam hissəsini isə müəllifin özü ifa edib.


Klipin rejissoru Faiq Kərimov ideya müəllifi isə Tərlan Nur Yaşardır. Yaradıcı heyətin jurnalistlərə verdiyi məlumata görə, onlar klipi filmin çəkilişlərinə sponsor tapmaq məqsədilə ərsəyə gətiriblər.


Qeyd edək ki, faciəvi-komediya janrında olacaq "Çərpələng" filminin ssenarisi "Arı" prodakşına məxsusdur. Bəxstiz adamın taleyindən bəhs edən "Çərpələng"in çəkilişlərinə noyabr ayında start veriləcək.


Foto müəllifə məxsusdur



Bütün xəbərlər Facebook səhifəmizdə