"Azad Azərbaycan" Telekanalının (ATV) ən baxımlı evlilik proqramı -"Onun yarısı" fəaliyyətini dayandırır. Veriliş sentyabr ayından etibarən başqa formatda və məzmunda efirə gələcək.
SİA-nın məlumatına görə, bu barədə verilişin canlı yayımında "Onun yarısı"nın layihə rəhbəri və aparıcısı Zaur Baxşəliyev açıqlama verib. Aparıcının sözlərinə görə, veriliş bu gün son buraxılışından sonra məzuniyyətə çıxacaq. Avqust ayı ərzində proqramın təkrar yayımları nümayiş olunacaq. Sentyabr ayından isə daha fərqli və yeni layihəylə tamaşaçıları sevindirəcəklər: "Sentyabr ayından daha möhtəşəm layihəmizlə qarşınızda olacağıq. Tərbiyəvi, ibrətamiz, mükəmməl formatda olacaq bu layihəmiz inanırıq ki, hamının ürəyincə olacaq. "Onun yarısı"nın bütün yaradıcı heyətilə yeni layihəmizdə də sizləri ekrana cəlb edəcəyik".
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli sentyabr ayından ölkədə yayımlanan evlilik proqramlarının yayımdan yığışdırılacağını açıqlamışdı. Artıq ANS-in "Toy olsun" verilişi ötən aydan məzuniyyətə çıxıb və deyilənlərə görə, bir daha efirə çıxmayacaq. "Onun yarısı"nı isə hansı aqibət gözləyəcəyi sentyabr ayında məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB