Dünya şöhrətli azərbaycanlı caz ifaçısımız Əzizə Mustafazadə Avropada konsert proqramı ilə çıxış ədəcək. SİA-nın məlumatına görə, Ə.Mustafazadə "Opera Jazz Tour" adlı konsert proqramında Verdi, Boyto, Puççini, Rimski-Korsakov, Gendel, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri edəcək.
Caz ifasının rəsmi səhifəsində yazılan xəbərdə bildirilir ki, onun 16 sentyabrda Rumıniyada PLAI Festivalında, sentyabrın 28 və noyabrın 23-də isə Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress-center mərkəzlərində çıxışları nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB