Məşhur müğənnidən fərqli layihə - RƏSM ƏSƏRLƏRİ

Məşhur müğənnidən fərqli layihə - RƏSM ƏSƏRLƏRİ

Məşhur müğənni Roza Zərgərli "Gizli sevgilim" adlı albom hazırlayır. Müğənninin SİA-ya verdiyi məlumata görə, diskin təqdimatı sentyabr ayına planlaşdırılıb.


Albomun özəlliyi isə müğənninin şəkillərində olacaq. Rozanın bu mahnı toplusu digərlərindən fərqli olaraq özündə fotoaparatla şəkilən şəkillər deyil, rəsm əsərlərini cəmləşdirirəcək.

Alboma daxil olacaq portretlər üzərində isə Rəssamlar İttifaqının üzvü, məşhur rəssam Elnur Rəsulov çalışıb.


Rozanın sözlərinə görə, diskə daxil olacaq hər mahnının öz portreti çəkilib. Rəsm əsərlərində Roza 7 fərqli obrazda görünüb.


Onu da vurğulayaq ki, portretlərin birində Roza yaxın həmkarı Samira Allahverdiyinin qızı Məryamla birgə çəkilib.


Oxucularımıza sözgedən rəsm əsərlərini təqdim edirik:


Bütün xəbərlər Facebook səhifəmizdə