Gənc və istedadlı reper Mc Murad köhnəliklərdən yaxasını qurtara bilməyən şou- biznes bazarına yeni nəfəs gətirib. Bu günlərdə yeni "Mənim ol" mahnısına çəkdirdiyi klipi haqqında SİA-ya danışan Murad bildirib ki, o, ifa etməklə yanaşı mahnılarının söz və musiqi yazarıdır.
"Mənim Ol" mahnısı tamamilə yeni bir musiqi növüdür. Yəni Azərbaycan dinləyicisi belə tərz musiqi eşitməyə hələ öyrəşməyib. İnanıram ki, yeni üslubda olan bu işimiz çoxlarının ürəyincə olacaq"- deyə ifaçı bildirib.
Sözügedən klipin rejissoru gənclər içində tanınmış Rza Əsgərov oldu. Yay ab-havasında olan bu klip dəniz kənarında bir bağ evində çəkilib.
Qeyd edək ki, " Dəyirman" qrupunun heçmiş üzvü olan Miri Yusifin bir çox hit mahnılarının müəllifi məhs MC Muraddır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB