"Rəngarəng" verilişinin çəkilişi zamanı aparıcı Zaur Nəbioğlunun planları alt-üst oldu. SİA-nın məlumatına görə, çəkilişin ən maraqlı məqamında Zaurun ağ şalvarı çirkləndi.
Teleaparıcı ən sevdiyi heyvan olan atı görən zaman onu çapmaq üçün çəkilişi belə saxlamağa hazır idi. Elə belə də oldu. Zaur ata əyləşən zaman ağ şalvarının bir hissəsi tamamilə çirkləndi.
Aparıcı nə qədər çalışdısa, çirki təmizləyə bilmədi. Sonda çəkiliş qısa fasiləyə dayandı və Zaur yeni şalvar geyindi.
Onu da bildirək ki, "Rəngarəng" verilişi hər həftənin cümə günü saat 21:00-da Lider TV-də yayımlanır.
Foto müəllifə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB