Məşhur müğənninin evini qarət ediblər

Məşhur müğənninin evini qarət ediblər

Türkiyənin məşhur müğənnisi Sibel Canın evini qarət ediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün baş verən hadisə artıq bütün internet saytlarında yayılıb. Jurnalistlərə açıqlama verən məşhur ulduz bildirib ki, hadisə zamanı o konsert proqramı ilə çıxış edirdi: "Mənzildə oğlum Emir və qızım Melisa var idi. Onlar oruclarını açandan sonra dincəliblər. Uşaqlar yuxuya getdikdən sonra oğrular evə daxil olub".


Müğənni açıqlamasında evinin qarşısında dayanan cangüdənlərdən də narazı olduğunu etiraf edib.


Məlumat üçün onu da bildirək ki, ulduzun evindən oğurlanan onun əsl zinət əşyaları deyil, səhnədə istifadə etdiyi bəzək əşyalarıdır.


Ülvi Əsgərzadə


Bütün xəbərlər Facebook səhifəmizdə