Tanınmış müğənni gəlinlik libasını məhv etdi

Tanınmış müğənni gəlinlik libasını məhv etdi

Rusiyanın məşhur müğənnisi Maksim "Animal Caz" qrupu ilə ifa etdikləri "Живи" ("Yaşa") adlı duetlərinə klip çəkiblər. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə , klip heç bir insanın ayaq basmadığı meşədə lentə alınıb. Maksim çəkiliş zamanı mistik anlar yaşadığını da dilə gətirib.


Qeyd edək ki, sözügedən klip üçün müğənni bəzi qurbanlar da verib. Belə ki, Maksim öz gəlinlik libasını öncə kəsib, sonra isə ümumiyyətlə, məhv edib.


Məlumat üçün onu da bildirək ki, 14 yaşından az olan tamaşaçılara bu klipə baxmaq məsləhət görülmür.


Nuranə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə