Azərbaycanlı müğənni gürcü və qazax türkcəsində oxuyacaq-VİDEO
Hər həftənin bu günü TRT AVAZ-da Azərbaycanın əməkdar artisti Azərinin təqdimatında canlı olaraq yayımlanan "Azərinlə bir Avaz" verilişinin növbəti qonaqları bəlli olub. Əməkdar artistin SİA-ya verdiyi məlumata görə, onun bu dəfəki həmsöhbətləri Gürcüstandan Tea Gelovani, Qırğızıstandan isə Urmat Usenov olacaq. Bu buraxılışın ən maraqlı anlarından biri də əməkdar artistin gücrü və qazax türkçəsində mahnı ifa etməsi olacaq. Bu gün yerli vaxtla saat 22:00-da efirə gedəcək verilişdə bir çox aktual məsələlər müzakirə olunacaq.
Məlumat üçün onu da bildirək ki, Azərin xanımın ilk verilişinin qonağı Azərbaycanın xalq artistləri Cahangir Novruzov və Samir Cəfərov oldu. Verilişin maraqlı keçdiyini vurğulayan əməkdar artist bildirir ki, onun sevincinə ziyallar da qoşulub: "Verilişdə mən Türkiyə Cumhuriyyəti Mədəniyyət naziri Ertuğrul Günayın və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bagırovun mənə ünvanladığı təbrik məktublarını oxudum. Verilişin sədasının belə tez yayıldığı üçün çox şadam".
Onu da bildirək ki, "Azərinlə bir Avaz" verilişi Müsəlman Türk Coğrafiyasının ortaq mədəniyyətini təbliğ edir. Proqram boyu təkcə Azərbaycan mədəniyyəti deyil, bütünlükdə Türk-müsəlman ölkələrinin mədəniyyəti, ədəbiyyyatı, musiqisi, tarixi barədə mütəmadi geniş məlumatlar verilir. Qonaqlar vasitəsilə türkdilli ölkələrin mədəniyyəti də müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB