Aygün Kazımovadan unudulmaz gecə-FOTO

Aygün Kazımovadan unudulmaz gecə-FOTO

4 avqust tarixində xalq artisti Aygün Kazımova pərəstişkarlarına növbəti unudulmaz gecəni yaşadacaq. SİA-nın məlumatına görə, Pop Diva Nabranda, məşhur istirahət mərkəzlərinin birində "İkinci sən" adlı konsert proqramı ilə çıxış edəcək.


2 saata yaxın davam edən konsert proqramında bir çox məşhrların iştirakı nəzərdə tutulsa da hələ ki tanınmış şou balet qruplarından birinin Aygün xanımı müşayət edəcəyi dəqiqləşib.


Onu da bildirək ki, "İkinci sən" adlı konsert proqramının təşkilatçısı xalq artistinin prodüseri Tarix Əliyevdir (Tolik).


Bütün xəbərlər Facebook səhifəmizdə