Azərbaycanlı aktyorun qəribə peşəsi - FOTOSESSİYA

Azərbaycanlı aktyorun qəribə peşəsi - FOTOSESSİYA

Xəzər TV-də yayımlanan "İkinci sənət" verilişinin növbəti qonağı bəlli olub. SİA-nın məlumatına görə, "İncilər" media qrupunun ərsəyə gətirdiyi verilişdə bu dəfə "Bacanaqlar" teleserialından yaxşı tanıdığımız aktyor, eyni zamanda həmin serialın rejissoru Ramin Hacıyev çəkildi.


Verilişdə aktyor iki peşə sahibi olmaq istədi. O, eyni vaxta dalğıc və deltaplan pilotu oldu.


Yumoristik aktyorun başına gələnləri isə sabah saat 23:30-da Ahu Talıbqızının təqdimatında yayımlanan "İkinci sənət" verilişdə izləyə bilərsiniz.


Onu da bildirək ki, Xəzər TV-nin efirində namayiş olunan veriliş həmçinin TRT AVAZ-da da yayımlanır.


Verilişdə baş verən bəzi məqamlarla isə təqdim etdiyimiz fotosessiyada tanış ola bilərsiniz.


Bütün xəbərlər Facebook səhifəmizdə