Lalə Məmmədova: “...görəsən, atam niyə qarğış edir?”

Lalə Məmmədova: “...görəsən, atam niyə qarğış edir?”

Hər zaman yüksək intelekti ilə seçilən əməkdar artist Lalə Məmmədova bu dəfə qocalmaqdan danışdı. Müğənninin SİA-ya verdiyi açıqlamasında bəzi maraqlı məqamlar oraya çıxdı. Sənətçiyə "Qocalmaqdan qorxursuzmu" sualını verərkən bu cavabı aldıq: " Niyə qorxmalıyam ki? Axı hər adama qocalmaq qismət olmur. Atam hər zaman deyirdi ki, "Səni görum qocalasan". Mən də bu sözü başa düşmürdüm, fikirləşirdim ki, görəsən, atam niyə qarğış edir? Ancaq böyüdükdən sonra başa düşdüm ki, hər insana qocalmaq nəsib olmur. Əgər bu mənə qismət olsa, çox şad olaram".


Ömrünün 34-cü ilini yaşayan Əməkdar artist digər həmkarlarından fərqli olaraq yaşını gizlətmədiyini də dilə gətirdi: "Niyə gizlətməliyəm ki? 34 yaşım var. Mən 44, 54, 64 yaşıma çatanda da bunu gizlətməyəcəyəm. Niyə yaşadığım illəri danmalıyam? Əstafürullah, həbsxanada yatmamışam, oğurluq etməmişəm ki, illərimi gizlədim. Ömrümdən heç bir ili kəsib atmaram. 34 yaşına kimi yaşadığım ömürdən razıyam. İki ali təhsilim var. Bu günə qədər çox şeylər etdiyimi düşünürəm. Gözəl ailəm və yaxşı dostlarım var. Ömründəm gedən hansı illəri kəsib ata bilərəm ki? Yaşadığım hər bir il, ay və günlə fəxr edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə