Bu gün Azərbaycanın xalq artisti Flora Kərimovanın doğum günüdür. SİA-nın məlumatına görə, sənətkarımızın 71 yaşı tamam olur. Flora xanım bu doğum gününü də qeyd etmir. Bu gün həm Ağdam rayonunun işğalı günüdür, həm də üğənninin övladları hazırda Azərbaycanda deyil və Flora xanım onlarsız da ad günü keçirmək istəmir.
Xalq artisti 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini və 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edən F.Kərimova 1983-ci ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.
Xalq artisti Ağdam işğal olunduqdan bu yana ad gününü xüsusi qeyd etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB