Məşhur aktyorun oğlunun dəfnində ancaq ailə üzvləri iştirak edib

Məşhur aktyorun oğlunun dəfnində ancaq ailə üzvləri iştirak edib

"Rokki" və "Rambo" filmlərinin ulduzu 66 yaşlı Silvester Stalonninin 13 iyulda həyatını itirən oğlu Seyc artıq dəfn edilib. SİA-nın xarici mətbuata verdiyi məlumata görə, evində ölü olaraq tapılan 36 yaşlı Seyc Stallonni Los-Ancelsda "Martin of Tours" katolik kilsəsindəki mərasimdən sonra dəfn edilib. Mərasimdə iştirak edən məşhur aktyorun həyat yoldaşı Jennifer Flavin və anası Saşa Sək olduqca kədərli görünüblər.

Qeyd edək ki, Rokki 5 filmində rol alan Seyc həddindən artıq dozada dərman aldığını və atası tərəfindən maraqsız buraxıldığı üçün depresiyaya düşdüyü iddia edilib. Dostları isə onun intihar etdiyinə inanmır.

Nuranə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə