Röya ilin konsertini verdi -FOTOSESSİYA

Röya ilin konsertini verdi -FOTOSESSİYA

Dünən "Buta Palace"də 22 iyul Milli Mətbuat Günündə Azərbaycanın sevilən siması, müğənni Röya Ayxanla Rusiyanın tanınmış ifaçısı Leonid Aqutinin "Bakı-Moskva" konserti baş tutub. SİA-nın məlumatına görə, öncə səhnəyə rusiyalı ulduz Leonid Aqutin çıxıb və paytaxt sakinlərini salamlayaraq ən gözəl mahnılarını ifa edib.


Ardınca isə səhnəyə Röya təşrif buyurub. Rəqs qrupunun müşayəti ilə göydən yelləncəkdə düşən müğənni "Röyayam" mahnısı ilə şouya başlayıb.


10 nəfər musiqiçi və 3 nəfər bekvokalla tamaşaçıların qarşısına çıxan Röya möhtəşəm rəqsləri ilə də hər kəsi valeh etdi.


Röya səhnəni tək Aqutinlə deyil, digər müğənnilərlə də böldü. Məşhur ulduz Zamiq Hüseynov, Samir Cavadzadə, Neyam Salami, Samira Allahverdi və "Şeron" qrupu ilə duet ifa etdi.

Nəsib Nurun aparıcılığı ilə baş tutan mərasimin rejissoru müğənni Rəhim Rəhimli, musiqi tərtibatçısı Zamiq Hüseynov, prodüseri isə Kənan Bayramov idi.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə